XİN iddialara cavab verdi - “Qərəzlidir!”
18 Noyabr 2024
10:16 - 20 Noyabr 2021
Bu yaxınlarda xəbər yayıldı ki, Ukraynada bir zabit Türkiyə istehsalı olan "Bayraktar TB 12" PUA-sının sirlərini Rusiyaya ötürdüyü üçün yaxalanıb. Günahı sübuta yetirilsə, onu ”Vətənə xəyanət" maddəsi ilə ölüm cəzası gözləyir.
Maraqlıdır, söhbət hansı sirlərdən gedir? Rusiya və ya başqa ölkə, lap elə Ermənistan doğrudanmı bunun əsasında "Bayraktar”ın analoqunu yarada bilər?
Manset.az xəbər verir ki, Hərbi ekspert Ramil Məmmədli "Yeni Müsavat”a bildirib ki, bu cür əməllərə sənaye casusluğu deyilir: "Dünyada qəbul olunmuş belə bir termin var. Ukraynada baş verən sənaye casusluğu hadisəsi təkcə Türkiyəni deyil, əslində bir çox ölkələri narahat etdi, o cümlədən Azərbaycanda da narahatlıqla qarşılandı. Azərbaycan da son illər öz ordusunu müasir texnologiyalarla, xüsusən də Türkiyədən aldığı ”Bayraktar TB 12" PUA-sı ilə gücləndirdi. Bu texnologiya Azərbaycan ordusunun keçənilki müharibədə imkanlarını bir qədər gücləndirdi.
O ki qaldı həmin PUA-larla bağlı texnoloji informasiyaların, sirlərin əldə olunmasının nələrə gətirib çıxara biləcəyi məsələsinə, istənilən rəqəmsal sistemlə hazırlanan texnolgiyada məxfilik var. Bu sirr həmin məhsulu hazırlayan şirkətə məxsusdur. Əgər həmin sirr yayılarsa, əlbəttə ki, həmin məhsulun alternativinin istehsal olunması baş verə bilər. Analoq məsələsinə gəlincə, dünyanın bir çox ölkələri, o cümlədə Rusiya və Ermənistan da pilotsuz uçuş aparatlarının yaradılması işləri ilə bağlı müəyyən layihələr həyata keçirir. Bu gün də həmin istiqamətdə müəyyən işlər gedir. Hər iki ölkə müasir yeni silahlı PUA-nın yaradılması ilə məşğul olur. Sənaye casuslarının əli ilə əldə olunan informasiyalar isə işi daha da sürətləndirə bilər. Dünyada buna bənzər hadisələr çox olub. Məsələn, SSRİ Dərin Dəniz Özülləri Zavodunun konstruksiyasının nəzəri-elmi bazasını Amerikadan sənaye casusluğu yolu əldə edərək onun Azərbaycanda inşa olunmasına nail olmuşdu".
Sənaye casusluğu kimi hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülə bilər məsələsinə gəlincə, ekspert qeyd edib ki, müdafiə sənayesi qurumlarında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının bölmələri tərəfindən, həmçinin vətəndaş mövqeyindən çıxış eləyən zabitlərin sayəsində belə halların qarşısı alına bilər: "Ümumiyyətlə, belə bir halın baş verməməsi üçün yəqin ki, həm qardaş Türkiyə, həm də Azərbaycan sığortalayıcı ön tədbirlər görür və daha da ciddi tədbirlər görülməlidir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin