ASCO donanmaları mütəmadi olaraq müasir gəmilərlə genişləndirilir - VİDEO/FOTO

15:38 - 17 Yanvar 2025

ASCO donanmaları mütəmadi olaraq müasir gəmilərlə genişləndirilir - VİDEO/FOTO

Prezident İlham Əliyevin dəniz nəqliyyatı sahəsində müəyyənləşdirdiyi siyasətə uyğun olaraq yeni gəmilərin tikintisi və donanmaların tərkibinin müasir gəmilərlə genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.


Bu sahədə görülən işlər ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində, bir bazardan asılılığın aradan qaldırılması məqsədilə xarici sularda fəaliyyətin genişləndirilməsində və dənizdə neft-qaz layihələrinin icrasında mühüm rol oynayır.

Donanmaların yenilənməsi strategiyası çərçivəsində icra olunan tədbirlərin tərkib hissəsi olaraq təkcə 2013-cü ildən - ASCO yarandığı dövrdən bəri 35 müasir gəmi istismara verilib. Bunlardan 5-i tanker, 1-i “Aframax” tipli tanker, 8-i universal quru yük gəmisi, 2-si “Handysize” tipli quru yük gəmisi, 2-si “RoPax” tipli gəmi-bərə, 1-i təchizat-yedək, 7-si təchizat, 1-i liman-yedək, 3-ü sərnişin, 5-i kiçik su tutumlu yedək gəmisidir.

 

Bu gəmilərdən 1-i liman yedək, 3-ü sərnişin, 2-si Ro-Pax tipli gəmi-bərə, 4-ü tanker olmaqla, ümumilikdə 10-u Bakı Gəmiqayırma Zavodunda inşa edilib. Həmçinin ASCO-nun Strateji İnkişaf Proqramına uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda daha 11 gəminin, o cümlədən 1 Ro-Pax tipli gəmi-bərə, 3 tanker, 50 nəfərlik 3 sərnişin gəmisi, 60 və 45 metr dərinliklərdə işləmək üçün nəzərdə tutulmuş 4 dalğıc gəmisinin tikintisinə dair yeni sifarişlər yerləşdirilib.  

Bunlarla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, son dövrlərdə beynəlxalq sularda yeni tipli daha böyük gəmilərin istismara verilməsi istiqamətində də uğurlu layihələr icra olunub. 2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və SOCAR tərəfindən yaradılan Birgə Müəssisə tərəfindən alınıb.

 

 



Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin