Kirayələdiyi mənzildə quşçuluq ferması qurdu - FOTO

14:45 - 17 Yanvar 2025

Kirayələdiyi mənzildə quşçuluq ferması qurdu - FOTO

Çində bir nəfər dostunun etibarından istifadə edərək ondan mənzil kirayələyib və orada quşçuluq ferması qurub.

 

Manset.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Nəşrin məlumatına görə, Şanxay sakini iki il əvvəl dostuna mənzil kirayə verib və bu müddət ərzində evin vəziyyətini yoxlamayıb. 2025-ci ilin əvvəlində mənzilə baxanda adamın qonaq otağını əsl quşçuluq fermasına çevirdiyini görüb və bundan çox təəccüblənib. O görüb ki, otaqda toyuqlar üçün xüsusi yerlər hazırlanıb, toyuqlar və cücələr evin ətrafında sərbəst dolaşırlar.

Mənzilin divarlarlarının bir hissəsi uçub. Zərərçəkmişin dediyinə görə, təmir ona əmlakı icarəyə verərək iki il ərzində qazandığından qat-qat baha başa gələcək.

квартира превратилась в курятник


Xəbər xətti

18 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin