Məktəb və iş servislərinə avtobus zolağı üçün icazə verilə bilər? - AÇIQLAMA

21:35 - 16 Yanvar 2025

Məktəb və iş servislərinə avtobus zolağı üçün icazə verilə bilər? - AÇIQLAMA

Sərnişin daşımalarına baxmayaraq, məktəb və iş servisləri avtobuslar üçün ayrılmış xüsusi zolaqlar ilə hərəkət edə bilmir. Onlar da sərnişin daşıyır, ancaq yenə də avtobus zolağına daxil olarkən cərimələnirlər. Bəs sərnişin daşıyan digər avtobusların bu zolaqlara daxil olmasına icazə verilə bilər?

 

Manset.az Mətbuat.az-a istinadən xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev açıqlamasında bildirib ki, sərnişin daşıyan digər nəqliyyat vasitələrinin avtobus zolaqlarına daxil olması zolaqların işləkliyinə mane olacaq:

“Digər müəssisələrin sərnişin daşıyan nəqliyyat vasitələri də buradan istifadə etsə, bu zaman yolun yükü artacaq və digər zolaqlar kimi onun da funksionallığı olmayacaq. Nə vaxtsa bu barədə müəyyən edilmiş bəzi şirkətlərin əməkdaşlarını iri tutumlu nəqliyyat vasitələri tərəfindən şirkət əməkdaşları daşınarsa, bəlkə də onda nəzərdə tutmaq olar. Amma bu da müəyyən prosedur müəyyən çətinlik yaradacaqdı və düşünürəm ki, o zolaqların işlək olmasına mane olacaq. Hər kəs o zolaqdan getmək istəyir, getdiyi yerə tez çatmaq istəyir. Əgər elədirsə, elə ictimai nəqliyyatdan, avtobusdan istifadə edək, getdiyimiz yerə tez çataq, o zolaqlarda da yüklənmə yaranmasın”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslər 100 manat məbləğində cərimə və 2 cərimə balı qeydə alınır.



Xəbər xətti

17 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin