Bu ərazidə 4 saat İŞIQ OLMAYACAQ
16 Yanvar 2025
11:10 - 16 Yanvar 2025
NATO-nun Baş katibi Mark Rutte Rumıniya vasitəsi ilə III Dünya Müharibəsini başlamağa çalışır.
Manset.az xəbər verir ki, bu barədə Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu X sosial şəbəkəsində amerikalı bloqer Aleks Consla yayımlanan podkastda deyib.
O, əlavə edib ki, Alyans indi iki düşərgəyə bölünüb: bəziləri Donald Trampı dəstəkləyir və Ukraynadakı münaqişəyə son qoymaq istəyir, digərləri isə NATO-nu genişləndirməyə çalışır.
"NATO-nun rəhbəri Mark Rutte öz qaydalarını tətbiq etməyə və xüsusilə Rumıniya vasitəsilə Ukrayna regionunda üçüncü dünya müharibəsi başlatmağa çalışıb. Bu, üzləşdiyimiz ən böyük təhlükədir", - o, deyib.
Georgescu qeyd edib ki, NATO-ya “yalnız qullar” rəhbərlik edir və hazırda dünyada çox az lider var, hətta Rumıniyada da hakimiyyətdə “yalnız kuklalar” var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin