NATO "turbo-müharibə rejiminə" hazırlaşmağa ÇAĞIRDI

15:50 - 15 Yanvar 2025

NATO

NATO ölkələri öz iqtisadiyyatlarını “turbo-müharibə rejiminə” keçirməlidirlər.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Baş Qərargah Rəisləri Komitəsinin ikigünlük iclasının açılışında deyib.

"NATO iqtisadiyyatları həm bu gün, həm də növbəti beş il ərzində NATO-nun yeni hərbi planlarına cavab vermək üçün turbo-müharibə rejiminə keçməlidir", -Bauer bildirib.

O, italyan siyasi xadimi və mütəfəkkiri Nikkolo Makiavellidən sitat gətirib ki, “sülhü təmin etmək üçün müharibəyə hazırlaşmaq lazımdır”. Bundan əlavə, admiral NATO-nun Baş katibi Mark Rutte ilə birlikdə Ukraynaya mümkün olan maksimum hərbi yardımı göstərməyə çağırıb, çünki bu, “Alyansın siyasi və hərbi maraqlarına uyğundur”.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin