Çimnaz Sultanova VƏFAT ETDİ
15 Yanvar 2025
12:56 - 15 Yanvar 2025
Bakıda bibisi qızı olan həyat yoldaşını 11 bıçaq zərbəsi ilə qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, hadisəyə yoldaşının ona xəyanət etməsi səbəb olub:
“2016-cı ildən evli idik. 3 övladımız var idi. Münasibətlərimiz yaxşı olub. Ona telefon işlətməyi qadağan etmişdim. Buna səbəb əvvəllər də onun başqasıyla eşq yaşaması idi. O zaman da onun sevgi mesajlarını tutmuşdum. Bunun üçün biz hətta bir müddət ayrı yaşadıq. Sonra barışdıq. Bundan təxminən 10 gün sonra təkrar onun xəyanətini tutdum. Ona bıçaqla zərbələr endirdim. Həmin an məqsədim onu öldürmək idi”.
Təqsirləndirilən hadisəni törədərkən içkili olduğunu bildirib:
“Hadisə günü mən məhəllədəki kafedə içki içdim. Sonra evə gəldim. Ona bıçaqla 3 zərbə vurdum. Lakin ekspertiza 11 zərbə vurduğum barədə rəy verib. İçkili olmasaydım hadisəni törətməzdim. Özümü təqsirli bilirəm”.
Daha sonra zərərçəkənin anası Samirə Həsənova ifadə verib. Onun sözlərinə görə, qızına qoyulan telefon qadağasından xəbəri var idi:
“Bəxtiyara öz balam kimi baxmışam. Çünki o mənim qardaşımın əmanətidir. Mən Bəxtiyara dəfələrlə dedim ki, telefona icazə versin. Lakin məni dinləmədi. Bunun üçün hətta 2 ay ayrı yaşadılar. Sonra mən Bəxtiyara boşanmaq üçün aidiyyati üzrə müraciət edəcəyimi dedim. Bəxtiyar maddi durumuna görə indi yox, yanvarda boşanacağını dedi. Mən onlara hər zaman dəstək olmuşam. Bəxtiyara maşın belə aldım. Lakin o, məndən balamı aldı”.
Samirə Həsənova bildirib ki, hadisə ilə bağlı ona oğlu məlumat verib:
“Oğlum mənə hadisəni dedi. Ora getməyə ürəyim gəlmədi. Xəstəxanaya yollandım. Bəxtiyarı görmədim. Onun polisə gedərək təslim olduğunu eşitdim. Onu bağışlamıram. Şikayətçiyəm”.
Məhkəmə 19 fevralda davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirib və o, müalicə olunduğu xəstəxanada ölüb.
Hadisənin ailədaxili qısqanclıq zəminində törədilməsi bildirilir.
Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin