Bu ərazilərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
15 Yanvar 2025
11:56 - 15 Yanvar 2025
“Amazon.com” onlayn pərakəndə satış şirkətinin yaradıcısı və sahibi Ceff Bezos, Tesla və SpaceX-in baş rəhbəri İlon Mask və Meta”nın qurucusu və rəhbəri Mark Zukerberq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcəklər.
Manset.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Mərasimə Tramp administrasiyasının bəzi rəsmiləri və namizədləri də dəvət olunub.
"Onlara mərasimdə görkəmli yer veriləcək, digər nüfuzlu şəxslər, o cümlədən Trampın Nazirlər Kabinetinin namizədləri və seçilmiş rəsmilər ilə bir platformada oturacaqlar", - açıqlamada qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin