"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz" - MN məlumat yaydı
15 Yanvar 2025
21:00 - 14 Yanvar 2025
NATO-nun Baş katibi Mark Rutte “Baltik qvardiyası” əməliyyatının başlandığını elan edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu haqda Helsinkidə keçirdiyi mətbuat konfransında açıqlama verib.
Rutte Şimali Atlantika Alyansının Finlandiya ilə Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətində olduğunu bildirib.
O, həmçinin “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib. Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin