İşsizlərə ŞAD XƏBƏR
15 Yanvar 2025
21:20 - 13 Yanvar 2025
Livan Prezidenti Cozef Aun Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salamı ölkənin Baş naziri təyin edib və yeni hökuməti formalaşdırmağı ona həvalə edib.
Manset.az xəbər verir ki, bu barədə Livan liderinin aparatı müvafiq bəyanat yayıb.
Məlumata görə, Salam vəzifələrini təhvil almaq üçün president iqamətgahına dəvət edilib.
Bildirilib ki, o, hökumət başçılığı ilə bağlı məşvərət toplantısına qatılan 128 millət vəkilindən 84-ünün səsini qazana bilib. 9 deputat sabiq Baş nazir Nacib Mikatiyə səs verib, 35-i isə bitərəf qalıb.
Qeyd edək ki, Navaf Salam 1953-cü ildə Beyrutda anadan olub. Harvard Universitetinin Hüquq fakültəsində magistr təhsilini başa vurduqdan sonra Birləşmiş Millətlər Təşkilatında hüquq sahəsində bir çox vəzifələrdə çalışıb.
6 fevral 2018-ci ildə Beynəlxalq Məhkəməyə seçilən Salam bundan əvvəl 2007-2017-ci illər arasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Livanın səfiri və daimi nümayəndəsi vəzifələrində çalışıb.
Salam Livanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə (2010-2011) ölkəsini təmsil edib.
O həmçinin 2012-ci ilin sentyabrından 2013-cü ilin sentyabrınadək BMT Baş Assambleyasının 67-ci sessiyasının vitse-prezidenti vəzifəsində çalışıb və 2016-cı ildə ölkəsinin BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) nümayəndəsi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin