Bakıda piyadanı vurub öldürən vəzifəli şəxs imiş - FOTO
13 Yanvar 2025
00:25 - 13 Yanvar 2025
İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri olub.
Manset.az-ın xəbərinə görə, İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan və İsrail arasında diplomatik əlaqələr 1992-ci ildən mövcuddur. İsrailin Azərbaycandakı Səfirliyi 1993-cü ilin avqustunda açılıb. İsrail Azərbaycandan ikinci ən böyük neft idxalçısıdır. Bundan əlavə, iki ölkə arasında müdafiə sektorunda sıx əməkdaşlıq mövcuddur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin