Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

19:20 - 12 Yanvar 2025

Moldova Prezidentinə ən bahalı hədiyyə - Qarabağ xalçası

Moldovanın yeni  Prezidenti Maya Sanduya xaricə rəsmi səfərləri zamanı, eləcə də xarici rəsmilərin Moldova Respublikasına səfərləri zamanı ikonalar, saatlar, geyimlər, suvenirlər və kitablar hədiyyə edilib.

 

Manset.az-ın məlumatına görə, ən bahalı hədiyyələrdən biri Azərbaycan tərəfindən verilib.

 

Maya Sanduya verilən ən bahalı hədiyyə 17 490 ley dəyərindədir. Hədiyyə təsdiq olunmuş səfirlərin akkreditasiya mərasimi çərçivəsində Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev tərəfindən Prezidentə təqdim edilib. Bu, Qarabağ Rayon Xalçaçılıq Məktəbi tərəfindən ənənəvi xalq üslubunda hazırlanmış yun xalçadır.


Xəbər xətti

13 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin