İctimai nəqliyyat bu şəxslərə pulsuz olacaq?
12 Yanvar 2025
21:00 - 11 Yanvar 2025
Los-Anceles şəhərində başlayan güclü meşə yanğını dünyaca tanınmış simaların malikanələrinin olduğu yerə qədər irəliləyib.
Manset.az xəbər verir ki, bu haqda “Haberler.com” məlumat yayıb.
2014-cü ildə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub.
Həmçinin uzun müddətdir ABŞ-də yaşayan “Survivor Türkiye”nin əfsanəvi iştirakçısı Turabi Çamkıranın da şəhərdəki bütün mülkləri məhv olub.
Turabi sosial şəbəkədə dərin itkisini belə ifadə edib:
“İndi geriyə bir kürək çantam, telefonum və səhhətimlə mübarizə aparan bədənim qalıb”.
Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir.
Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı da var.
Şəhərədə ev sahibi olanlar arasında məşhur aktyor Cağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur.
Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin