Yanğına görə 7,4 milyon dollarlıq evini tərk etdi

18:00 - 11 Yanvar 2025

Yanğına görə 7,4 milyon dollarlıq evini tərk etdi

Amerikalı müğənni Britni Spirs Los-Ancelesdəki meşə yanğınları səbəbindən evini tərk etmək məcburiyyətində qalıb.


Manset.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

O, dəyəri 7,4 milyon dollar olan evində elektrik enerjisi olmadığını bildirib.

"Ümid edirəm ki, hamınız yaxşısınız! Mən evimi tərk etmək məcburiyyətində qaldım və otelə çatmaq üçün dörd saatlıq yol qət edirəm! Dua edirəm ki, sizdə hər şey qaydasındadır. Hamınıza sevgimi göndərirəm", - müğənni paylaşımda bildirib.

Xatırladaq ki, Los-Ancelesdə ümumi sahəsi 15,2 min hektar olan altı meşə yanğını davam edir. Yanğınlar nəticəsində azı 11 nəfər həlak olub. Məlumata görə, beş nəfər Palisades bölgəsində, daha altı nəfər isə İton adlanan ərazidə ölüb.


Xəbər xətti

12 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin