ABŞ-dən onun həbsi üçün 25 milyon dollarlıq MÜKAFAT

00:40 - 11 Yanvar 2025

ABŞ-dən onun həbsi üçün 25 milyon dollarlıq MÜKAFAT

ABŞ Venesuelanın yeni seçilmiş prezidenti Nikolas Maduronun həbsi ilə bağlı məlumat üçün 25 milyon dollar ödəyəcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.

“Biz Nikolas Maduro və daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrino Lopezin həbsinə və mühakimə olunmasına səbəb olan məlumatlara görə 15 milyon dollar mükafat əlavə edirik”, - o bildirib.

Qeyd edək ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduro bu gün üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.



Xəbər xətti

11 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin