Tramvaylar Bakıya qayıdır - Əsas küçələr bəlli oldu

11:18 - 10 Yanvar 2025

Tramvaylar Bakıya qayıdır - Əsas küçələr bəlli oldu

Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.

 

Manset.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

"Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.

"Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər", - deyə o qeyd edib.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin