Ən çox maaşı bu sahədə çalışanlar alır: 3500-4200 MANAT - SİYAHI
18 Noyabr 2024
23:29 - 18 Noyabr 2021
Xizəksürmə üzrə ikiqat olimpiya çempionu Simen Heqstad Krüger xəstəxanaya yerləşdirilib.
Manşet.az Report-a istinadən xəbər verir ki, buna idmançının itlərin hücumuna məruz qalması səbəb olub.
Onun sözlərinə görə, hər şeyi qəflətən baş verib: "Məşq edirdim, iki balaca itlə qarşılaşdım. Əvvəlcə qaçıb oynayırdılar, lakin sonra qəfildən mənə hücum etdilər. Qorxmadım və qışqırmadım, daha çox təəccübləndim. Təəssüf ki, məni dişləmələrinə mane ola bilmədim. Çox ağrılıdır. Dərhal xəstəxanaya yollandım və quduzluq əleyhinə vaksin vurdurdum".
Qeyd edək ki, Krüger 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında skiatlon və estafet üzrə yarışların qalibi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin