Burun əməliyyatı FACİƏSİ: 3 gündür komadadır - VİDEO
10 Yanvar 2025
22:50 - 9 Yanvar 2025
Türkiyədə 500-dən çox "Pizza Hut" və KFC restoranı françayzinq müqaviləsinin pozulması və satışların aşağı olması səbəbindən tezliklə bağlana bilər.
Manset.az xəbər verir ki, bu barədə vesti.ru məlumat yayıb.
Türkiyədəki bütün KFC və "Pizza Hut" restoranlarının operatoru olan "İS Qida" ilə françayzinq müqaviləsinə xitam verilib.
Françayzinq sahibi qeyd edir ki, türk şirkəti bir neçə aydır ki, tələb olunan standartlara uyğunluğa nail ola bilmir. Onun sözlərinə görə, türk restoranlarında satış dünya ortalamasından xeyli aşağıdır.
Qərar Türkiyədəki 283 KFC restoranı və 254 "Pizza Hut" pizzacısına aiddir.
Bildirilir ki, fastfud restoranlarının bağlanması müştərilərin onları boykot etməsi ilə bağlı ola bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin