"Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır" - Ərdoğan

20:00 - 9 Yanvar 2025

Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.

Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.

Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.

Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin