"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır

00:30 - 9 Yanvar 2025

Almaniyanın "Bavariya" klubu hücumçusu Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır.

 

Manset.az SkySport-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 35 yaşlı futbolçunun maaşının azaldılması şərti ilə sözləşməsinin müddətini daha 1 il artırmağa razılaşıb.

Onun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Tomas Müller bu mövsüm "Bavariya"nın heyətində 22 oyuna çıxıb və 4 qol vurub.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin