Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü

22:20 - 8 Yanvar 2025

Qızdırma ilə xəstəxanaya gətirilən azyaşlı öldü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir azyaşlı ölümü baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Danaçı kənd sakini olan 08.10.2022-ci il təvəllüdlü Maxac İsmayıl oğlu Katmayev valideyinlərinin köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım şöbəsinə gətirilib.

Müayinə zamanı azyaşlı M. Katmayevdə qızdırma, viruz infeksiyası və pnevmoniya əlamətləri olduğu müəyyənləşib. Azyaşlı təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Aparılan həkim müdaxilələrinə baxmayaraq axşam saat 19 radələrində Reanimasiya şöbəsində M. Katmayevdə bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 07.01.2025-ci il tarixində Zaqatala RMX-nın doğum şöbəsində yeni doğulan körpə ölümü baş verib.

Hər iki faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

10 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin