Azərbaycan Hindistan vətəndaşını Monakoya təhvil verdi

19:00 - 8 Yanvar 2025

Azərbaycan Hindistan vətəndaşını Monakoya təhvil verdi

Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan Respublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Bu barədə Manset.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunan şəxs 2024-cü ilin iyun ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.


Xəbər xətti

9 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin