Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş işdən çıxarıldı
9 Yanvar 2025
17:52 - 8 Yanvar 2025
"Qalatasaray" Fernando Musleraya cari mövsümün sonunda vətənə qayıtmaq niyyətinə baxmayaraq, ona daha bir il komandada qalmağı təklif etməyə hazırdır.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qapıçıya müqaviləni bir il uzatmaq təklifi gəlib, maaşı isə əvvəlki səviyyədə qalacaq. Klub ona növbəti mövsüm üçün 2,5 milyon avro təklif edəcək.
Muslera evə qayıtmaq arzusunu texniki direktor Okan Buruk və klub rəhbərliyinə bildirsə də, o, "Qalatasaray"ın təklifini məmnuniyyətlə qəbul edə bilər.
Muslera “Qalatasaray”da 14 il ərzində 7 qat Superliqa çempionu, 4 dəfə Türkiyə Kubokunun və 6 dəfə Super Kubokunun qalibi olub. Gələn il qapıçının 39 yaşı tamam olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin