Qanunu pozanları 15 ilədək HƏBS GÖZLƏYİR - Cinayət Məcəlləsində yeni maddə
18 Noyabr 2024
20:42 - 18 Noyabr 2021
Polşa hakimiyyəti miqrantlarla bağlı vəziyyət sabitləşməsə, Kuznitsadakı dəmiryol keçid məntəqəsini bağlayacağını vəd edərək Belarusa ultimatum verib.
Manşet.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Polşa tərəfi bu il noyabrın 21-i bazar gününə qədər Kuznitsa sərhəd-keçid məntəqəsi yaxınlığında qanunsuz miqrantların qalması ilə bağlı vəziyyətin sabitləşməsini gözləyir:
"Əgər bu müraciətə cavab verilməsə, Polşa oradan keçən dəmir yolu hərəkətinin təhlükəsizliyindən ehtiyat edərək, Kuznitsa sərhəd-keçid məntəqəsindən qatarların hərəkətini dayandıracaq”.
Qeyd edək ki, Belarus-Polşa sərhədində vəziyyət gərgin olaraq qalır. Polşa hakimiyyətinin məlumatına görə, cümə axşamı gecəsi yüzə yaxın miqrant sərhədi keçməyə cəhd edərkən saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin