Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
23:14 - 17 Noyabr 2021
Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.
Manşet.az xəbər verir ki,hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb. Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
report.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin