Putin bu gün yenidən İlham Əliyevlə DANIŞDI
29 Dekabr 2024
12:51 - 28 Dekabr 2024
Kazan hava limanı təyyarələrin qəbulu və yola salınmasını bərpa edib.
Manset.az xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.
"Kazan hava limanında Moskva vaxtı ilə saat 10:05-dən təyyarələrin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb", - deyə məlumatda qeyd olunub.
Müvəqqəti məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.
***
10:05
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
Manset.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib, digər təfərrüatlar açıqlanmayıb.
Bir qayda olaraq, belə tədbirlər pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi səbəbindən tətbiq edilir. Yerli hakimiyyət orqanları hələ ki, vəziyyətlə bağlı heç bir şərh verməyib. Oxşar məhdudiyyətlər dekabrın 27-də də tətbiq edilmişdi.
Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 21-də Kazanda altı PUA vurulub. Bələdiyyə şəhərin üç rayonunda yanğınların baş verdiyini bildirib. Bir neçə nəfər xəsarət alıb, cinayət işi açılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin