Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
19:59 - 17 Noyabr 2021
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yenidən lazımi dərmanları qəbul etməyə başlayıb və onun göstəriciləri yaxşılaşmağa başlayıb.
Manşet.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə terapevt Sandro Mataşvili Xüsusi Penitensiar Xidmətdə keçirdiyi brifinqdə bildirib:
“Xəstənin üç gün ərzində dərman qəbul etməməsi səbəbindən onun laboratoriya göstəriciləri pisləşib. Dünən o, bütün lazımi dərmanları qəbul edib, laboratoriya müayinələri yaxşılaşıb, o cümlədən kaliumun səviyyəsi normala yaxındır. Xəstə bütün dərmanları qəbul edir”.
Eyni zamanda, Mataşvili qeyd edib ki, hazırda eks-prezidentin vəziyyəti stabildir və bütün həyati əlamətləri normaldır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin