Kremldən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

14:17 - 27 Dekabr 2024

Kremldən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmalar yekunlaşana qədər Kreml heç bir qiymət verməyəcəyini bildirib.

 

Manset.az bu barədə TASS-a istinadən bildirir.

"Hazırda bu aviasiya insidenti ilə bağlı təhqiqat aparılır və araşdırma nəticəsində əldə olunan nəticələrə qədər bizim hər hansı qiymət verməyə heç bir haqqımız yoxdur. Və bunu etməyəcəyik", - Kreml sözçüsü bildirib.

Azərbaycanlı deputat Rasim Musabekovun Rusiya hava hücumundan müdafiə sistemlərinin təyyarəni vurduğu iddia edilən qəzaya görə üzr istəməsi tələbini Kremldə görüblərmi sualı verildikdə, Peskov “bunu mütləq görüblər” deyib. “Artıq dediklərimə əlavə edəcək heç nəyim yoxdur”, - deyə mətbuat katibi yekunlaşdırıb.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin