Putin İlham Əliyevdən üzr istədi
28 Dekabr 2024
13:18 - 27 Dekabr 2024
Türkiyədə 56 yaşlı kişi valyutadəyişmə məntəqəsini qarət edərək işçini girov götürüb.
Manset.az -ın məlumatına görə, hadisə Şəhit Bulvar ərazisində, valyutadəyişmə məntəqələrindən birində baş verib. Versiyaya görə, 56 yaşlı şübhəli üzündə tibbi maska ilə valyutadəyişmə məntəqəsinə gəlib, daha sonra silahı çıxararaq işçilərə tuşlayıb və pul tələb edib. O, təxminən 18 min avro və bir qədər türk lirəsi oğurlayıb, bundan sonra işçilərdən birini girov götürərək hadisə yerindən qaçıb. Bütün bu hadisələr müşahidə kameraları vasitəsilə lentə alınıb.
Dərhal hadisə yerinə Polis Şöbəsinin patrul əməkdaşları gəlib. Polis yaxınlıqdakı küçələri bağlayıb, şübhəlinin qaçmasına mane olub. Polisin xəbərdarlıq atəşi açması nəticəsində 52 yaşlı kişi girovla birlikdə küçələrin birində saxlanılıb. Şübhəli həbs edilib, müsadirə edilən silah və oğurlanan pullar geri qaytarılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin