Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakini sağ tapıldı - VİDEO

16:00 - 26 Dekabr 2024

Təyyarə qəzasında öldüyü deyilən Zaqatala sakini sağ tapıldı - VİDEO

AZAL-ın qəzaya uğrayan təyyarəsində öldüyü güman edilən Zaqatala sakininin sağ olduğu məlum olub.

 

Manset.az Lent.az-a istinadla xəbər verir ki, Zaqatalanın Danaçı kənd sakini olan Mahir Carayev xəstəxanadan ailəsi ilə əlaqə yaradıb.

O, vəziyyətinin yaxşı olduğunu dilə gətirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Mahir Carayevin həlak olduğu bildirilirdi.

Ailəsi onunla heç cür əlaqə yarada bilmədiyi üçün artıq ümidini kəsmişdi. Uzun çəkən axtarışlardan sonra onun qəzadan sağ çıxdığı məlum olub.

Xatırladaq ki, qəzaya uğrayan təyyarədə Zaqataladan 10 nəfər olub.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin