Yaponiyada uçuşlar təxirə salındı - SƏBƏB

11:21 - 26 Dekabr 2024

Yaponiyada uçuşlar təxirə salındı - SƏBƏB

Yaponiya hava yolları öz daxili və xarici sistemlərini birləşdirən şəbəkəyə kiberhücum edildiyini və bu səbəbdən bəzi reyslərin təxirə salındığını bildirib. 

 

Manset.az xarici mediyaya istinadən xəbər verir ki, Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiya hava yollarının verdiyi açıqlamada daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edildiyi bildirilib.

Açıqlamada, kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşların da mənfi təsirləndiyi qeyd edilib.

Bu çərçivədə problemlər başlayandan sonra bilet satışının dayandırıldığı, kiberhücumla mübarizə üçün işlərin aparıldığı bildirilib.

Açıqlamada kiberhücumun uçuşlara daha çox təsir göstərə biləcəyi, lakin təhlükənin olduğu güman edilən sistemin müvəqqəti olaraq bağlana biləcəyi ifadə edildi.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoshimasa etdiyi şərhdə, hücumdan təsirlənən müştərilərin şikayətlərini aradan qaldırmaq üçün JAL-dan sistemlərindəki problemi mümkün qədər tez aradan qaldırmağı tələb etdiklərini söylədi.

Digər tərəfdən, Yaponiyada digər aviaşirkətlərin sistemlərində heç bir problem olmadığı bildirilir.

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin