İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender

11:19 - 26 Dekabr 2024

İqtisadiyyat Nazirliyi yeni informasiya sistemi yaradır - 20 mln. manatlıq tender

İqtisadiyyat Nazirliyi 20 mln. manatlıq informasiya sistemi yaradır.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinə aid “Tikinti-Təchizat Birliyi" MMC “Milli Məkan Məlumatları İnformasiya Sistemi”nin yaradılması və əlaqədar təlim xidmətləri ilə bağlı tender keçirib. Satınalmanın qalibi “Caspel” MMC seçilib. Şirkətlə 19 milyon 842 min 880 AZN dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, “Caspel” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 milyon 146,02 min AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev Məhi oğludur. Hüquqi ünvanı AZ1130, Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B ünvanında yerləşir.

Sözügedən şirkətin qanuni təmsilçisi Ceyhun Quliyev keçmiş Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamenti rəisinin birinci müavini Namiq Quliyevin qardaşıdır. “Caspel” MMC-nin son bir ildə İqtisadiyyat Nazirliyinin İT ilə bağlı keçirdiyi tenderlərin 60%-dən çoxunun qalibi olduğu bildirilir.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin