Təyyarənin qəzayə uğradığı yerdə fövqəladə vəziyyət elan olunub

19:42 - 25 Dekabr 2024

Təyyarənin qəzayə uğradığı yerdə fövqəladə vəziyyət elan olunub

Qazaxıstanın Tüpkaraqan rayon akimatının (yerli İcra Hakimiyyəti – red.) əmri ilə AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə Fövqəladə Hallar Nazirliyinin kinologiya xidmətlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 482 nəfər, 97 ədəd texnika, 2 təyyarə və 10 kinoloji briqada iştirak edir”, - Qazaxıstan FHN-dən bildirilib.

Qeyd olunur ki, FHN-in “Qaynar xətt”inə 571 müraciət daxil olub.

Videokonfrans vasitəsilə Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin