Qəza səbəbindən xəsarət alanlar FHN təyyarəsi ilə Bakıya yola düşdü
26 Dekabr 2024
17:53 - 25 Dekabr 2024
Misir “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Manset.az Report-a istinadən xəbər verir ki, müvafiq məzmunlu sənədi Misir Xarici İşlər Nazirliyi (XİN) yayıb.
"Misir Ərəb Respublikasının hökuməti və xalqı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dost Azərbaycan Respublikasına başsağlığı verir", - XİN-in bəyanatında bildirilib.
Qahirə, həmçinin belə ağır məqamda Bakıya dəstəyini bəyan edib, bütün yaralılara tezliklə sağalmağı arzulayıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin