Oğlunun ölüm xəbərini eşidən atanın dili tutuldu
26 Dekabr 2024
17:51 - 25 Dekabr 2024
Finlandiya, Latviya və Estoniya hakimiyyəti etiraf edib ki, Avropa NATO üzvləri ABŞ-nin iştirakı olmadan Rusiya ilə qarşıdurmaya hazır deyillər.
Manset.az-ın məlumatına görə, xarici media bildirir ki, bu barədə 3 ölkə liderinin müsahibələrini dərc edən “İndependent” nəşri yazır.
“NATO ABŞ olmadan Rusiyaya qarşı mübarizə aparmağa “hazır deyil” deyən üç müttəfiq ölkə lideri müttəfiqləri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb”, – nəşr yazıb.
Materiala görə, Finlandiya rəhbəri Aleksandr Stubb, Latviya Prezidenti Edqar Rinkeviç və Estoniyanın Baş naziri Kristen Mixal NATO müttəfiqlərini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıblar.
O cümlədən Stubb müsahibəsində NATO-nu ABŞ-siz təsəvvür edə bilməyəcəyini bildirib.
“Biz hazır deyilik. Bu, tamamilə göz qabağındadır”, - Latviya rəhbəri “İndependent” qəzetinə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ-nin əvvəlki kimi Avropaya sərmayə qoyacağına ümid etmək olmaz.
Nəşr qeyd edir ki, Avropanın xüsusilə ABŞ-nin iştirakı olmadan “özünü müdafiə edə bilməməsi” Ukraynaya hərbi yardımın davam etdirilməsində mövcud çətinlikləri vurğulayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin