Oğlunun ölüm xəbərini eşidən atanın dili tutuldu
26 Dekabr 2024
15:00 - 25 Dekabr 2024
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Manset.az Akordaya (Qazaxıstan Prezident Administrasiyası) istinadən xəbər verir.
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Manqistau vilayətində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipajın həlak olması barədə faciəli xəbəri dərin kədərlə qarşıladım. Bu ağır itkinin kədərini bölüşür, Sizə, həlak olanların yaxınlarına və doğmalarına, eləcə də bütün Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verirəm", - teleqramda deyilir.
Tokayev qeyd edib ki, onun tapşırığına əsasən Qazaxıstan hökuməti tərəfindən dövlət komissiyası yaradılıb: "Bu komissiya xilasetmə əməliyyatı çərçivəsində zəruri tədbirlər görür və bundan sonra da Azərbaycan tərəfinə lazımi dəstək göstərəcək".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin