Təyyarə qəzasında ölənlərin SİYAHISI - RƏSMİ
26 Dekabr 2024
14:11 - 25 Dekabr 2024
“Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir”.
Manset.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, bütün versiyalar üzrə müvafiq ekspertizalar aparılır: “Baş prokurorun müavinin rəhbərliyi ilə istintaq qrupu artıq iş başındadır”.
“Son xəbər budur ki, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır”, - Kənan Zeynalov qeyd edib.
O, yekun rəqəm barədə hələlik məlumat olmadığını vurğulayıb.
Qazaxıstanın Səhiyyə Nazirliyindən isə bildirilib ki, qəzaya uğrayan təyyarədə sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin