Sadır Japarov İlham Əliyevə baş sağlığı verdi

13:11 - 25 Dekabr 2024

Sadır Japarov İlham Əliyevə baş sağlığı verdi

Qırğızıstan Prezidenti Sadır Japarov AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı teleqramı göndərib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

"Bu gün çoxsaylı insan tələfatı ilə nəticələnən Azərbaycana məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini ürək ağrısı ilə qarşıladım. Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu faciə nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıram", - deyə Qırğız lideri qeyd edib.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin