Bu 2 qidanı soyuducuya qoymayın - Zəhər saçır

07:30 - 25 Dekabr 2024

Bu 2 qidanı soyuducuya qoymayın - Zəhər saçır

Bəzi qidaların soyuducuda saxlanması təhlükəlidir.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssis Jhanvi Sanghvinin dediyinə görə banan və soğanı soyuducuda saxlamaq olmaz.

Soğanı soyuducuya qoyulduqda kif yarana və tərkibi dəyişə bilər ki, bu da istehlak edildikdə sağlamlıq üçün zərərli ola bilər. Mütəxəssis Jhanvi Sanghvi soğanın soyuducuda saxlanmasının kif yaranmasına və zəhərlənmə riski yaradan mikroorqanizmlərin çoxalmasına səbəb ola biləcəyini deyib. İngiltərə Qida Standartları Agentliyi isə qəhvəyi, qırmızı və ağ soğanların otaq temperaturunda saxlanmasının daha məqsədəuyğun olduğunu qeyd edib.

Bananalara gəldikdə, Sanghvi soyuq temperaturun onların rəngini dəyişdirdiyini və yetişmə prosesini pozduğunu qeyd edib. Mütəxəssislər, həmçinin dondurulmuş qidaların təhlükəsizliyi barədə xəbərdarlıq edərək, uzun müddət dondurucuda saxlanılan qidalarda dadın pozulma riskinin artdığını bildiriblər.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin