Aydan Rəcəbova yüksək vəzifəyə təyin olundu

16:52 - 24 Dekabr 2024

Aydan Rəcəbova yüksək vəzifəyə təyin olundu

Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov  müvafiq əmr imzalayıb.

Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Mehriban Əlizadə 2010-cu ildən sözügedən idarədə rəis müavini və rəis vəzifəsində çalışıb.

Fotoda: Mehriban Əlizadə


Xəbər xətti

25 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin