İlham Əliyevin təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirənin VİDEOSU
25 Dekabr 2024
16:13 - 24 Dekabr 2024
Güclü qar və külək Bosniya və Herseqovinada onminlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Manset.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) Bosniya dövlət enerji şirkətinə istinadən məlumat yayıb.
"Güclü yağan qar səbəbindən elektrik xətləri zədələnib" məlumatda bildirilib.
Bosniya və Herseqovinanın bəzi rayonlarında hökumət dəmir yolu əlaqəsini tamamilə dayandırıb. Qonşu Xorvatiya və Serbiyada da nəqliyyatın işində fasilələr qeydə alınıb.
Məlumatda qeyd olunub ki, Balkan yarımadasında avtomobillə səyahətlərdən imtina etmək barədə xəbərdarlıq qüvvədədir, çünki qar yığınları səbəbindən yarımada ölkələrinin hökumətləri bir neçə əsas yolu bağlamağa məcbur olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin