İlham Əliyevin təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirənin VİDEOSU
25 Dekabr 2024
14:25 - 24 Dekabr 2024
42 yaşlı Bora Engin adlı vətəndaş Büyükçekmecedə 4 mərtəbəli yaşayış binasının dayanacağında güllələnmiş vəziyyətdə tapılıb.
Manset.az xarici mediaya istinadən bildirir ki, hadisə səhər saat 07:00 radələrində Büyükçekmece Fatih Məhəlləsində, Adnan Kahveci küçəsində baş verib.
42 yaşlı Bora Engin adlı vətəndaş yaşadığı 4 mərtəbəli yaşayış binasının dayanacağında bina sakinləri tərəfindən güllələnərək aşkarlanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Sağlamlıq qrupları Enginin öldüyünü təyin edərkən, polis qrupları hadisə yerində işə başlayıb. Araşdırmalar tamamlandıqdan sonra 42 yaşlı kişinin meyiti Məhkəmə Tibb İnstitutuna aparılıb. Digər tərəfdən, Bora Enginin 11 yaşında bir qızı olduğu öyrənilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin