İlham Əliyevin təyyarə qəzası ilə bağlı keçirdiyi müşavirənin VİDEOSU
25 Dekabr 2024
11:35 - 24 Dekabr 2024
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dekabr ayının 22-də saat 03:25-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının bölmələri və dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında rejim qaydalarını pozan üzmə vasitəsinin axtarışı ilə bağlı sərhəd gəmiləri və sahil nəzarəti bölmələri tərəfindən aparılmış tədbirlər nəticəsində dənizdə 13 ədəd şübhəli bağlama müəyyən edilib.
Bağlamalara baxış zamanı ümumi çəkisi 23 kiloqram 745 qram (23 kq 475 qram marixuana, 270 qram tiryək) və 500 ədəd narkotik tərkibli "Metadon M-40" həbi aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin