Qəza ilə bağlı komissiya yaradıldı
25 Dekabr 2024
09:47 - 24 Dekabr 2024
Bu gün Astara rayonunun bəzi qəsəbə və kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Bu barədə Manset.az-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilib ki, Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra ərazilərdə 35 kV-luq "Lovain" və "Astara" hava xətlərində aparılan təmir və budama işləri ilə əlaqədar dekabrın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 14:00-dan saat 16:30-dək Kijəbə, Ərçivan qəsəbələri, Lovain, Pensər, Səncərədi, Qapıçıməhəllə, Çayoba, Şahağac, Siyaku, Şiyəkəran, Hamoşam kənlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və budama işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin