Ermənistanda Paşinyanın istefası tələbi ilə etirazlar başladı - Nə baş verəcək?+VİDEO

23:24 - 16 Noyabr 2021

Ermənistanda Paşinyanın istefası tələbi ilə etirazlar başladı - Nə baş verəcək?+VİDEO

Ermənistanın paytaxtı İrəvanda Respublika Meydanına toplaşan 500-ə yaxın vətəndaş Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

 

Manşet.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, əraziyə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Etirazçılardan biri etiraz əlaməti olaraq paltosunu yandıraraq, hökumət binası istiqamətinə atıb. Buna görə də polis onu həbs edib. 

“Newspress.am” saytının təsisçisi-direktoru Ariana Hovsepyan özünün Feysbukdakı canlı yayımında insanların sayının artdığını, lakin bu rəqəmin hakimiyyəti qovmaq üçün çox az olduğunu bildirib.

O, özünü erməni hesab edən, ölkənin və övladlarının gələcəyindən narahat olan hər kəsi onlara qoşulmağa çağırıb. “Meydana gəlin, getməyəcəyik”, - deyə çağırış edib.

 

 

 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin