Bəzi xəstəxanaların qeydiyyat sistemi işləmir - İnternetdə problem yaranıb

13:03 - 19 Dekabr 2024

Bəzi xəstəxanaların qeydiyyat sistemi işləmir - İnternetdə problem yaranıb

Dekabrın 19-da səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.


Xəbər xətti

19 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin