"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
18:39 - 16 Noyabr 2021
Xalq artisti Məleykə Əsədova efirdə şəxsi həyatından danışaraq ağlayıb.
Manşet.az xəbər verir ki, aktrisa ARB TV-də yayımlanan “Söz baz” verilişinin qonağı olub.
Məleykə Əsədova son günlər həssas olduğunu bildirib:
“Səhnəmə, obrazlarıma toxunanda mənə pis təsir edir. Həyatımı səhnəmə qurban verdim. İllər öncə sənətimi atsaydım, imkanlı bir şəxslə ailə qurardım. Qızımı da bu gün çətinliklə yox, asanlıqla böyüdərdim. Həyatımı qurban verdim. Mənimlə ailə qurmaq istəyən xaricdə yaşayan azərbaycanlı idi. Ailə qurub başqa ölkəyə gedəcəkdim. Amma sevgimdən imtina etdim, başqası ilə ailə qurdum. Ayrıldım, peşman deyiləm. Çünki qızım oldu. Mən vətənimə bağlı insanam.
Görmüsünüz ki, mən kiməsə söz atım? Heç vaxt ola bilməz. Mən sevdiyim insanla ailə qura bilərdim, amma sənətimi seçdiyimə görə olmadı. Sevdiyim insanı səhnəmə qurban verdim. Bilsəydim belə şeylər var, sənətimi qoyub ailə qurardım. Bu gün tək qadın olaraq övladımı böyüdürəm. Qızım üçün ata, anayam. Atasının dəstəyi olmadan onu böyütmüşəm. Allah mənə güc versin, onu böyüdüm. İnsanlardan çox çəkinirəm. Ona görə də evimdə heyvanlar saxlayıram”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin