Almaniyada seçki prosesi başladı

01:30 - 17 Dekabr 2024

Almaniyada seçki prosesi başladı

Almaniya Bundestaqında keçirilən səsvermədə Kansler Olaf Şoltsun hökuməti etimad səsi ala bilməyib və bununla da ölkədə növbədənkənar seçki prosesi başlayıb.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts, növbədənkənar seçkilərin keçirilməsinin yolunu açmaq üçün etimad səsverməsinə getmək istədiyini bəyan edib.

Şolts, Bundestaqda keçiriləcək etimad səsverməsindən əvvəl millət vəkillərinə müraciət etdi.

Keçmişdə də kanslerlərin etimad səsverməsi tələb etdiyini xatırladan Şolts, "Məqsədim ümumi seçkiləri irəli çəkməkdir. Keçiriləcək seçkilərdə vətəndaşlar ölkəmizin siyasi istiqamətini müəyyən edə bilərlər," deyə əlavə edib.

Şoltsun etimad səsi ala bilməməsi ilə Almaniya parlamenti fevral ayında növbədənkənar seçkilərin keçirilməsinə şərait yaradıb.


Xəbər xətti

18 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin