Azad edilən ərazilərə neçə nəfər köçürülüb? - Baş nazir açıqladı

13:31 - 16 Dekabr 2024

Azad edilən ərazilərə neçə nəfər köçürülüb? - Baş nazir açıqladı

"Azad edilən ərazilərə indiyədək 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb".

 

Manset.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:

"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb".


Xəbər xətti

2 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin