Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
17:45 - 13 Dekabr 2024
Tokio hakimiyyəti aprel ayından başlayaraq bələdiyyə işçiləri üçün 4 günlük iş həftəsi variantını sınaqdan keçirməyi planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə Tokio qubernatoru Yuriko Koike məlumat verib.
Layihənin məqsədi ölkədə doğum səviyyəsini artırmaqdır.
"Biz iş tərzimizə yenidən baxacağıq, heç kimin uşağa baxmağa ehtiyacı olduğu üçün karyerasından imtina etməsinə imkan verməyəcək və bu yöndə çeviklik göstərəcəyik", - Y.Koike bildirdi. Pilot layihə çərçivəsində şəhər hökumətinin tabeliyində olan işçilər həftədə iki deyil, üç gün istirahət edə biləcəklər.
Yaponiya dünyada doğuş nisbəti ən aşağı olan ölkələrdən biridir və hər qadına 1,22 uşaq düşür. 1990-cı illərin əvvəllərindən etibarən ölkədə doğum səviyyəsini artırmaq üçün dəfələrlə cəhdlər edilib. Bu il hökumət yeni proqram təqdim edib: 18 yaşınadək uşaqlar üçün müavinətlərin tətbiqi, valideyn məzuniyyəti zamanı maaşların demək olar ki, tam ödənilməsi və s. daxildir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin